Aleksey Navalnının dul arvadı Yuliya gec-tez Venesuelanın keçmiş müxalifət lideri Xuan Quaydo və Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskaya ilə birlikdə "fırıldaqçılar klubu"na daxil olacaq .
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin "Solovyev Live"a müsahibəsində bildirib.
O qeyd edib ki, ABŞ prezidenti Co Bayden Yuliya Navalnayanı Rusiya müxalifətinin lideri kimi təyin edib. Eyni zamanda o, Quaido, Tixanovskaya və Navalny-ni Qərbin böyük strateji uğursuzluğuna nümunə adlandırıb.
Bundan əvvəl Co Bayden Yuliya Navalnaya və qızı Daria ilə görüşüb. Ağ Ev rəhbəri onlara başsağlığı verib. Görüşdən sonra o, Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb.
Görüşdən sonra Bayden jurnalistlərə müsahibə verərək Yuliya Navalnayanın adını qarışdıraraq onu Yolanda adlandırıb.
Hüseyn İbadlı