Donald Trampın prezident seçilməsindən və onun ilk sərəncamlarından sonra Birləşmiş Ştatlar tamamilə fərqli ehtiyacları və prinsipləri olan bölünmüş cəmiyyətin yoluna çıxdı.
QÜTB.AZ xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin sədr müavini Andrey Luqovoy deyib.
Nümunə olaraq parlamentari LGBT-yə qarşı mübarizəyə yönəlmiş, yalnız kişi və qadın cinsiyyətinin tanınması, habelə 2021-ci ildə Kapitolinin ələ keçirilməsi iştirakçılarının əfv edilməsi haqqında fərmanı göstərib.
Onun fikrincə, bu, ABŞ hüquq sisteminin deqradasiyasından xəbər verir. "Vətəndaş müharibəsi istisna edilə bilməz. Biz indi aydın başa düşürük ki, dünyada hər şeyi gözləmək olar", - Luqovoy deyib.
Tural