Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirməsi məqsədilə silsilə tədbirləri davam etdirir.
Publika.az xəbər verir ki, bu çərçivədə, Gəncə Regional Təhsil İdarəsində Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonlarının təhsil müəssisələrinin rəhbər heyətinin iştirakı ilə yanğına qarşı maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə məlumat verilib və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Həmçinin, mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.