"Hadisəni törədən şəxs məktəbin daxilində buraxılmayıb və hadisə məktəbin daxilində baş verməyib"
Publika.az xəbər verir ki, bu fikirləri M.P.Vaqof adına 8 nömrəli tam orta məktəbdə baş verən qətl hadisəsi ilə bağlı açıqlama verən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sektor müdiri Azər İbrahimov bildirib:
"Biz tək bu məktıblə yox şəhərin bütün məktəbləri ilə profilaktik işlər aparırıq.Bizimlə bərabər polis və İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayan komissiya tərəfindən tədbirlər keçirilir, söhbətlər aparılır.Psixoloqlar tərəfindən məktəblərdə mütəmadi yoxlamalar gedir. Bir daha diqqətə çatdırıram ki, bu hadisəni törədən məktıb şagirdi deyil. Kənar bir şəxs tərəfindən törədilib və məktəbdən kənarda olub."