03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

3 polisi qətlə yetirən Rövşən görün kimdir...

24 iyn 2024 08:00
HADİSƏ
ads

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib və ov tüfəngi ilə 3 polis əməkdaşını, bir mülki şəxsi qətlə yetirib.


Rövşən Allahverdiyev kimdir və niyə axtarışda olub?


QÜTB.AZ xəbər verir ki, aprel ayında Bakı sakini Abbas Dadaşov Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı Teymur Şahbazovdan şikayətçi olduğunu bildirib. AFN-ə açıqlamasında deyib ki, Teymur Şahbazov qardaşının adından və mövqeyindən sui-istifadə edərək, Sumqayıt şəhəri, Koroğlu küçəsində, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsinin sənədləşdirilməsi üçün ondan külli miqdarda pul alıblar.


T.Şahbazov şikayətçini Rövşən Allahverdiyevlə birgə aldadıb. Abbas Dadaşovun sözlərinə görə, ondan üst-üstə 236 min manat pul alıblar.


Şikayətçinin sözlərinə görə, Rövşən Allahverdiyevlə bağlı Daxili İşlər Naziliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi açılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2.1, 2.2, 3.4-cü hissələri ilə ittiham irəli sürülüb.


DİN-in məlumatında göstərilir ki, axtarışda olan R.Allahverdiyev bundan öncə dəfələrlə məhkum olunub. Onun bundan öncə CM-in hansı maddələri ilə mühakimə olunduğu haqda məlumat yoxdur.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur