28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Pakistanda təbii fəlakət qurbanlarının sayı 195-ə ÇATI

19 avq 2024 08:00
DÜNYA
ads
Advertisement

İyulun 1-dən avqustun 17-dək Pakistanın müxtəlif bölgələrində yağan güclü yağışlar nəticəsində 195 nəfər ölüb, daha 362 nəfər yaralanıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə “Express Tribune” Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının hesabatına istinadla məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində 7 nəfər həlak olub. Daşqınlardan ən çox Pəncab əyaləti zərər çəkib.

İyulun əvvəlindən indiyədək 2293 bina dağılıb, onlardan 734-nü bərpa etmək mümkün deyil. Daşqınlar həmçinin 44 km-dən çox yol və 30 körpüyə ziyan vurub.

Avqustun 19-da Pakistanın bəzi bölgələrində - İslamabad, Ravalpindi, Qucranvala, Lahor, Şeyxupura, Kasur, Sialkot, Sarqodha, Faisalabad və Pişəvər əyalətlərinin alçaq ərazilərində daşqınlara səbəb ola biləcək güclü yağışlar gözlənilir.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur