Gürcüstanın İsveçrə və Böyük Britaniyadakı səfirləri, habelə ölkənin BMT, NATO və Cenevrədəki digər beynəlxalq təşkilatlardakı nümayəndələrini tutduqları vəzifələrdən azad edilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze sərəncam imzalayıb.
Sərəncama əsasən, Viktor Dolidze Gürcüstanın NATO-dakı nümayəndəsi, Revaz Lominadze İsveçrə Konfederasiyasında səfir vəzifəsini tərk edir. Aleksandr Maisuradze BMT və digər beynəlxalq təşkilatların Cenevrədəki ofislərində daimi nümayəndə vəzifəsindən azad edilib. Sofo Katsarava Gürcüstanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri və Beynəlxalq Dəniz Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsini tərk edib.
Gürcüstan Xarici İşlər Nazirliyi bunun diplomatların səlahiyyət müddətinin başa çatması və planlaşdırılan rotasiya ilə əlaqədar olduğunu açıqlayıb.