Çinli tədqiqatçılar fiziologiyası insanlara bənzədiyi üçün tibbi tədqiqatlarda geniş istifadə olunan rezus meymun növünü klonlaşdırıblar.
Publika.az xəbər verir ki, tədqiqatçıların fikrincə, bu klonlaşdırma dərman testini sürətləndirə bilər. Çünki genetik olaraq eyni heyvanlar oxşar nəticələr verir və sınaqlarda daha yüksək dəqiqlik təmin edir. Əvvəlki klonlama cəhdləri ya doğuşla nəticələnməyib, ya da balalar bir neçə saat ərzində ölüb. Klonlaşdırmada bir heyvanın genetik olaraq eyni surətini yaratmaq üçün üsullardan istifadə edilir.
Klonlaşdırılmış heyvan olan qoyun Dolly 1996-cı ildə gündəmə gəlib. Tədqiqatçılar heyvanın iki ildən çox sağlam qaldığını, klonlaşdırma prosesinin uğurla sonlandığını deyiblər.
Asiyada vəhşi təbiətdə rast gəlinən rezus meymunlarından infeksiya və toxunulmazlığı öyrənmək üçün təcrübələrdə istifadə olunur.
Qeyd edək ki, ilk dəfə makaka meymunları 2018-ci ildə klonlaşdırılıb.
Roza Şəfiyeva