Türkiyə Kosmik Agentliyi Gezeravcının eksperimental işlərə başladığını açıqlayıb.
Publika.az xəbər verir ki, Beynəlxalq Kosmik Stansiyada ilk təcrübə "Ekstremofit" olub. Təcrübədə duz gölündə böyüyən bitkinin kosmos mühitində duza reaksiyası araşdırılır. Bu təcrübə ilə yüksək duzlu mühitlərə davamlı olan bitkinin çox zəif cazibə şəraitində yüksək duzluluğa dözümlülüyünü nə dərəcədə olması araşdırılacaq.
Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada 14 gün ərzində 13 təcrübə aparacaq. Bu təcrübələr mikroqravitasiya və kosmik mühitlərdə insan genetikası, insan sağlamlığı və biologiyası kimi sahələri əhatə edir.
Təcrübə kosmik, aviasiya və müdafiə sənayesi üçün materialların inkişafına töhfə vermək məqsədi daşıyır. Sıfır cazibə şəraitində Yerdəki sərt şəraitə uyğunlaşan təkhüceyrəli orqanizmlərin böyümə sınaqları da aparılacaq.
Başqa bir təcrübədə isə astronavtların kosmosda aşağı çəkisi, radiasiya, qidalanma və yuxusuzluq kimi şərtlərdə fizioloji və biokimyəvi dəyişiklikləri araşdırılacaq. Kosmik radiasiyanın xərçəng hüceyrələrinin formalaşmasına təsiri də tədqiqat mövzusu olacaq. Əlavə olaraq, bir təcrübə səs tezliyinin dəyişməsi ilə əlaqədar pozuntuları aşkar etmək olacaq. Süni intellektin dəstəyi ilə havanın oksigen səviyyəsi hesablanacaq və aşağı çəkidən yaranan pozğunluqlar müəyyən ediləcək.
Tədqiqatlar TÜBİTAK Kosmos, Axiom Kosmosu və NASA ilə koordinasiyalı şəkildə aparılacaq.
Roza Şəfiyeva