2012-ci il də keçirilən Olimpiadanın voleybol yarışlarının çempionu və hazırda senator Taras Xteyin Moskvadakı mənzili yanıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Baza” telegram kanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, hadisə bir gün əvvəl, avqustun 27-də baş verib. Mənzildə olimpiya çempionunun qızı olub. Qız ətirli şam yandırıb otaqdan çıxıb. Şam paltarın üstünə düşüb və Xteyin qızı qayıdanda mənzili artıq alov bürüyübmüş.
Qız xilasetmə xidmətinə zəng edərək mənzildən qaçıb. Binadan 350 nəfərin təxliyə edildiyi qeyd edilir. Yanğından sonra Xteyin ailəsi köçməli olub – mənzildə çoxlu məişət texnikası yanıb, divarları his örtüb.