FİFA Rusiyanın ÇSKA və "Ximki" klublarına növbəti üç qeydiyyat dövrü - 2026-cı ilin yayına qədər transfer qadağası qoyub.
QÜTB.AZ xəbər verir ki, bu barədə qurum rəsmi məlumat yayıb.
Sanksiyalar noyabrın ortalarından qüvvədədir. Qadağanın təfərrüatları açıqlanmayıb.
Bununla belə, CSKA-nın kommunikasiya direktoru Kirill Breido Çidera Ejukenin transferinə görə "Heerenveen"ə borcu olduqları üçün transfer qadağası ilə üzləşdiklərini açıqayıb. Rusiya klubu tələb olunan məbləğin Niderland təmsilçisinə “Vest Hem” tərəfindən ödəniləcəyini gözləyir. Öz növbəsində Nikola Vlaşiçin transferinə görə London klubu da ordu komandasına təxminən 20 milyon avro borcludur.
Azərbaycanlı iş adamı Tufan Sadıqovun sahibi olduğu "Ximki" isə isveçli yarımmüdafiəçi Besard Saboviçə borcu olduğu üçün cəzalandırılıb.
Qutb