Xəbər verildiyi kimi, 5 gün əvvəl Ağdaş şəhərində 32 yaşlı Rəşad Kamran oğlu Abdullayev özünü asaraq intihar edib.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisənin bəzi təfərrüatları üzə çıxıb. Məlum olub ki, Rəşad Abdullayev əvvəllər iki dəfə ailəli olub. O, birinci həyat yoldaşından boşandıqdan sonra başqa qadınla rəsmi qaydada ailə qurub. Lakin Rəşadın ikinci evliliyi də uğursuz olub və bir neçə ay öncə o, ikinci həyat yoldaşından da boşanıb.
Bundan sonra Rəşadın keçmiş arvadı onun alimenti ödəməməsi ilə bağlı məhkəməyə müraciət edib və o, dövlət qurumlarına dəvət edilib.
Gərgin psixoloji durumda olan gənc daha sonra Ağdaşın Maşad küçəsindəki tikiliyə gedərək orada intihar edib.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
Turqut Seyidov