“Yeşilçam”ın unudulmaz simalarından olan məşhur aktrisa Müjde Ar qapalı ürək əməliyyatı keçirib.
QÜTB.AZ xəbər verir ki, bir müddət əvvəl yorğunluqla bağlı müayinədən keçən gözəl aktrisa damarlarının 95 faizinin tutulduğunu biləndə təcili əməliyyat olunub.
Əməliyyatı 2 saat davam edən aktirsa vəziyyəti ilə bağlı verdiyi açıqlamada "Nə siqaret çəkirəm, nə də spirtli içki qəbul edirəm, şəkər xəstəliyindən yaranıb.Müayinələrdən sonra təcili müdaxilə edildi”, - deyə qeyd edib.
Rol aldığı seriallar və çəkildiyi filmlərlə “Yeşilçam”da iz qoyan Müjde Ar illərdir ki, kameralardan uzaq sakit həyat tərzi sürür.
Cəmilə