18.10.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

50 növ xərçəngi aşkarlayan qan testindən ümidverici NƏTİCƏ

18 okt 2025 14:00
GÜNDƏM
ads

Yeni tədqiqatın nəticələrinə əsasən, 50-dən çox xərçəng növünü aşkar edə bilən qan analizi diaqnozun qoyulma prosesini sürətləndirə bilər.

Qutb.az BBC-yə istinadla xəbər verir ki, Şimali Amerikada aparılan sınaqlar göstərib ki, test xərçəngin geniş spektrini müəyyənləşdirə bilir və bu xəstəliklərin təxminən dörddə üçü üçün hal-hazırda heç bir erkən diaqnostika proqramı mövcud deyil.

Məlumata görə, aşkarlanan halların yarıdan çoxu xəstəliyin erkən mərhələsində olub ki, bu da müalicənin daha effektiv və bəzən tam sağalma ilə nəticələnməsi üçün əsas amillərdəndir.

ABŞ-ın “Grail” adlı əczaçılıq şirkəti tərəfindən hazırlanmış “Galleri” testi şişdən qoparaq qan dövranına düşən xərçəngə xas DNT fraqmentlərini aşkar edir. Hazırda bu test Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) tərəfindən də sınaqdan keçirilir. Tədqiqat çərçivəsində ABŞ və Kanadadan 25 min yetkin insan bir il ərzində izlənilib. Onlardan təxminən 1 faizi müsbət nəticə alıb və bu halların 62 faizində sonradan xərçəng təsdiqlənib.

Layihənin rəhbəri, Oreqon Səhiyyə və Elmlər Universitetinin radiasiya tibb üzrə dosenti Dr. Nima Nabavizadeh bildirib ki, əldə olunan nəticələr xərçəng diaqnostikasına yanaşmanı əsaslı şəkildə dəyişə bilər. Onun sözlərinə görə, bu test çoxsaylı xərçəng növlərini daha erkən mərhələdə, müalicənin uğurla nəticələnmə ehtimalının ən yüksək olduğu vaxtda aşkarlamağa imkan verir.

Tədqiqat həmçinin göstərib ki, test mənfi nəticə göstərən insanların 99 faizindən çoxunda xərçəngin olmadığı düzgün müəyyən edilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur