Bu dəfə Avropa çempionatı fırıldaqçıların radarındadır. Endirimli forma, şərf və papaq satan saxta internet mağazalar vətəndaşları tələyə salır.
Publika.az xəbər verir ki, milyonlarla tamaşaçının ekran arxasında və stadionlarda Avropa çempionatını izləməsindən istifadə edənlər də var. Belə ki, Avropa çempionatı fırıldaqçıların hədəfinə çevrilib. Kibercinayətkarlar məşhur şirkətlərin saxta saytları vasitəsilə hədiyyə bileti kampaniyaları təşkil edirlər.
Məşhur oyunçuların adlarını daşıyan kriptovalyutalar da gəlir vədi ilə müxtəlif platformalarda satılır. Mütəxəssislər biletlərin, məhsulların və ya xidmətlərin yalnız rəsmi və mötəbər mənbələrdən alınması lazım olduğunu, “böyük endirim” və “xüsusi təklif” adı altında təklif olunan xidmətlərə diqqət yetirilməli olduğunu bildiriblər.
Aysel Şahmar