Gürcüstanın qərbindəki İmereti bölgəsində yaşayış binalarının uçması nəticəsində azı 3 nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İmereti bölgəsində güclü yağışlar nəticəsində 4 yaşayış binasını əhatə edən sürüşmə baş verib. Baqdat bələdiyyəsinin Nerqeti kəndində axtarış-xilasetmə tədbirləri çərçivəsində xilasedicilər 1 nəfəri xilas edərək təhlükəsiz əraziyə çıxarıb, 3 nəfərin isə cəsədi tapılıb.
Xilasedicilər daha 6 nəfərin axtarışlarını davam etdirirlər. Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Teymuraz Mqebrişvili təbii fəlakət zonasındadır. İdarədən əlavə ediblər ki, hadisə yerində 200-dən çox yanğınsöndürən və xilasedici, xüsusi texnika və kinoloqlar qrupu işləyir.
Çərşənbə axşamı bütün Gürcüstanda hava kəskin şəkildə pisləşib. Ölkənin qərbində, eləcə də yüksək dağlıq rayonlara qar yağması yollarda problemlər yaradıb. 112 İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzindən verilən məlumata görə, pis hava şəraiti bir neçə gün davam edəcək.
Tural