İmişli rayon sakini güllələnib.
Qutb.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Hacıalmuradlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Babək İbişov ov tüfəngi ilə Ayaz Nuruşovu güllələyib.
Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisəni törədən şəxsi hüquq-mühafizə orqanı əməkdaşları saxlayıb.
Faktla bağlı araşdırma aparılır.