Rusiyanın pop müğənni Valeri Meladzenin atası Şota Meladze dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə videomüraciət yayımlayaraq məlumat verib.
O qeyd edib ki, mərhumun 90 yaşı var idi.
Musiqiçi ailəsində baş verən faciəyə görə qarşıdakı konsertlərini təxirə salmaq məcburiyyətində qaldığını deyib. Müğənni yanvarın 20, 23 və 25-də Almatıda çıxış etməli idi. Bu konsertlər fevralın 2, 4 və 6-na dəyişdirilib. Yanvarın 22-də Daşkənddə keçirilməsi planlaşdırılan tamaşa fevralın 7-nə təxirə salınıb. Qeyd olunur ki, əvvəllər alınmış biletlər yeni tarixlər üçün etibarlı olacaq.
Bundan əvvəl Valeri Meladze Moskva klinikalarından birinin reanimasiya şöbəsinə yerləşdirilən atasının vəziyyətinin ağır olması səbəbindən qastrol səfərini yarımçıq qoymuşdu .
Hüseyn İbadlı