Hindistanda bəlkə də Yer kürəsi tarixində ən böyük ilan tapılıb. Onun uzunluğu 15 metr, ağırlığı isə bir tondur.
Publika.az xəbər verir ki, kəşf haqqında “Scientific Reports” jurnalında məlumat verilib.
Fosillər kömür mədəninin ərazisində tapılıb. Fəqərələrin analizi ilanın məktəb avtobusu boyda olduğunu göstərib.
Əvvəllər ən böyük ilan Kolumbiyada təxminən 60 milyon il əvvəl yaşamış və uzunluğu 13 metrə çatan Titanoboa hesab olunurdu.
Bu ilan növü “Vasuki indicus” adlanır - hinduizmin simvolu olan mifik ilan kralı Vasukinin şərəfinə. Təxminən 47 milyon il əvvəl Hindistanın qərbindəki bataqlıq meşələrində yaşayıb. Təsirli ölçüsünə görə ilan asta idi, pusquda duraraq ov edir və ovunu boğaraq öldürürdü.
Tədqiqatçıların fikrincə, bu qədim yırtıcı heyvanın pəhrizinə eyni ərazidə yaşayan balıqlar, tısbağalar, timsahlar və hətta ibtidai balinalar daxil ola bilərdi.
Kembric Universitetindən paleontoloq Ceyson Head ilanların yalnız yüksək ətraf mühit temperaturu şəraitində nəhəng ölçülərə çata bildiyini izah edib. Nəzəri cəhətdən qlobal istiləşmə yenidən belə nəhənglərin yaranması üçün əlverişli şərait yarada bilər. Ancaq alim qeyd edib ki, bu gün iqlim o qədər sürətlə dəyişir ki, ilanların belə təkamül üçün kifayət qədər vaxtı yoxdur.
Tural