Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.
Qubad Ələsgərov idarə etdiyi "Çinar"MMC-ə məxsus "Korsan" markalı xətt avtobusu hərəkətdə olarkən yolun kənarındakı "Kamaz"a çırpılıb.
Nəticədə sərnişin Adilə Əliyeva ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Adilə Əliyeva ölüb.
Araşdırma aparılır.
Milli.Az