Rusiyalı məşhur müğənni Qriqori Leps bu dəfə də pərəstişkarlarını təəcübləndirməyi bacarıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, müğənni özündən 43 yaş kiçik tələbəsi Avrora Kiba ilə evlənmək qərarına gəlib.
61 yaşlı müğənni artıq ona evlilik təklifi edərək, 30 milyon rubl dəyərində brilyant qaşlı üzük hədiyyə edib.
Qeyd edək ki, 2021-ci ildə Leps 20 illik həyat yoldaşı Anna Şaplıkovadan ayrılıb. Onun bu evlilikdən üç övladı dünyaya gəlib.
Cəmilə