Azərbaycan Premyer Liqasının 28-ci turunun "Kəpəz" - "Qarabağ" matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
Məlumatda bilirilib ki, stadionunda əsaslı təmir və yenidənqurma işləri aparılan “Kəpəz”in müraciəti, “Qarabağ” klubunun razılığı ilə Gəncə təmsilçisi 28-ci turdakı ev oyununu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.
Matç martın 29-da olacaq və saat 19:00-da başlayacaq.
Qeyd edək ki, "Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu mövsümün əvvəlindən təmirdədir.
Heybət