DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Cənubi Amerika zonasında 10-cu turun oyunları keçirilib.
QÜTB.AZ xəbər verir ki, son dünya çempionu Argentina Buenos-Ayresdə Boliviya üzərində 6:0 hesablı qələbə qazanıb. Hücumçu Lionel Messi het-trik edib. O, 2 məhsuldar ötürmə müəllifi də olub. Messidən başqa argentinalıların heyətində Lautaro Martines, Yulian Alvares və Tyaqo Almada hərəyə bir qol vurub.
Braziliya millisi də darmadağına sevinib. "Sambaçılar" Perunu 4:0 hesabı ilə məğlub edib. Rafinyanın dubl etdiyi görüşdə Andreas Pereyra və Luis Enrike hərəyə bir qol vurub.
Digər görüşlərdə Kolumbiya Çilini darmadağın edib - 4:0. Paraqvay Venesueladan üstün olub - 2:1. Uruqvay - Ekvador görüşündə isə qapılara qol vurulmayıb.
10 turdan sonra seçmə turnirə 22 xalla Argentina başçılıq edir. Kolumbiya 19 xalla ikincidir. Uruqvay və Braziliya yığmaları 16 xalla 3-4-cü sıraları bölüşürlər.
Qutb