16.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Deputatlar Antaliyaya gedirlər

09 apr 2025 15:00
GÜNDƏM
ads
Advertisement

Milli Məclisin deputatları IV Antalya Diplomatik Forumunda iştirak edəcək.

Bu barədə Qutb.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, foruma Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Nigar Arpadarai, Əziz Ələkbərov, Ramil Həsən qatılacaqlar.

Onlar bu məqsədlə aprelin 10-da Türkiyənin Antalya şəhərinə səfər edəcəklər.

“Bölünən dünyada diplomatiyaya sahib çıxmaq” mövzusuna həsr edilən forumda dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli dövlət qulluqçuları, deputatlar, diplomatlar, beyin mərkəzlərinin ekspertləri, qeyri-hökumət təşkilatlarının və medianın nümayəndələri bir araya gələcəklər.

Tədbirdə qlobal və regional səviyyədə prioritet təşkil edən məsələlərin konstruktiv şəkildə həlli, beynəlxalq sistemi ciddi sınağa məruz qoyan mübahisə və münaqişələrin diplomatiya yolu ilə aradan qaldırılması, dünyada sülhə, firavanlığa və sabitliyə nail olunması yollarının axtarılması barədə müzakirələr aparılacaq.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur