Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu ilə adı açıqlanmayan CHP rəsmisinin görüşdüyü və “Özgür Özəli Əkrəm İmamoğlu ilə əvəz edək” təklifini irəli sürdüyü iddia edilib.
Publika.az xəbər verir ki, bu barədə "Cumhuriyet" qəzetinin müxbiri Barış Terkoğlu yazıb.
O, CHP nümayəndəsinin noyabrda keçiriləcək nizamnamə konqresinin seçkili olmasını, Əkrəm İmamoğlunun CHP başqan namizədi olaraq Özgür Özəllə mübarizə aparmasını, Kılıçdaroğlunun isə İmamoğluna dəstək verməsini istədiyini yazıb.
"Kamal Kılıçdaroğlu sədrlikdən getdi, amma siyasətdən getmədi. O, ictimaiyyətə tənqidi mesajlar verməyə davam edir. Zaman-zaman CHP üzvləri başda olmaqla siyasətin önəmli simaları ilə görüşür. Bu yaxınlarda CHP-də hələ də mühüm vəzifə tutan bir şəxslə fotosunu gördüm.Kılıçdaroğlunu ziyarət edən həmin şəxsə zəng etdim. O, Kamal Kılıçdaroğlunun mümkün namizədliyinin reaksiyalara səbəb olacağını, lakin CHP-ni yenidən Ərdoğanın əleyhinə çıxarmaq üçün İmamoğlu ilə razılığa gəlməli olduğunu bildirib. Bu səbəbdən o, yaxın günlərdə İmamoğlu ilə görüşəcəyini və təklifini ona izah edəcəyini bildirdi”, - Terkoğlu yazıb.
Roza Şəfiyeva