Cibuti hökuməti ilə birgə aparılan pilot layihə çərçivəsində dünən on minlərlə geni dəyişdirilmiş "dişləməyən" erkək ağcaqanad təbiətə buraxılıb. Məqsəd malyariya ilə mübarizə aparmaqdır.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyada yerləşən, zərərli həşəratlar üzərində işləyən biotexnologiya şirkəti “Oxitec” açıqlama verib.
Bildirilib ki, ilk buraxılış Cibuti hökumətinin tənzimləyici orqanları tərəfindən nəzərdən keçirildikdən sonra həyata keçirilib. Şirkət rəsmiləri önümüzdəki həftələrdə bölgənin müşahidə altında olacağını bildiriblər. Onlar pilot tədqiqat üçün 2 illik elmi araşdırma aparıldığını vurğulayıblar.
Açıqlamada 2012-ci ildə Cibutidə 27 malyariya hadisəsi olduğu, lakin 2020-ci ilə qədər bu rəqəmin 73 minə yüksəldiyi vurğulanıb.
Roza