22.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

"Citi"dən "qızıl yumurtlayacaq" iddiası - Spekulyasiya, yoxsa...

23 fev 2024 13:00
GÜNDƏM
ads

ABŞ-ın ən böyük banklarından biri olan “Citi”nin unsiya qızılın qiyməti ilə bağlı proqnozu müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, “Citi” növbəti ildə qızılın unsiya qiymətinin 3 min dollara yüksələcəyini və alışın kəskin şəkildə artacağını bildirib.

İstanbul Universiteti İqtisadiyyat fakültəsinin müəllimi Prof. Dr. Səfər Şən qızıl qiymətlərini müəyyən edən 3 əsas amilin olduğunu vurğulayıb:

"ABŞ-da siyasət faiz dərəcəsi 5,25-5,50 səviyyəsindədir. İyul ayından əvvəl bu faizin dəyişməsi gözlənilmir. Digər mühüm amil qlobal tələblə bağlıdır.

Çin, Rusiya, Hindistan və Türkiyənin qızıla marağı var. Mərkəzi Bankların qızıl tələbinə olan marağı və yüksək tələbat qiymətlərin azalmasına mane olur.

Qram qızıl hər ay rekordlar qıra bilər. Bu gün 2110 TL olan qram qızılın mart ayının sonunda 2150, ilin ortasında isə 2500-2700 TL olacağını gözləyirəm.

Qiymətlərin artması ilə bağlı üç ehtimal var. Zərbxananın paylama sistemində problem ola bilər. İkinci ehtimal istehsalda problem, üçüncüsü isə topdansatışlarda çeyrək qızıla əlavə edilən 130 TL-lik hədsiz əmək. Zərbxananın tədarük tərəfindəki problemlərə yenidən baxılmalı, bölgüsü həll olunmalıdır".

Roza


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
133 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur