12.10.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

HƏMAS-ın keçmiş liderinin bunkerindən nələr tapılıb?

11 okt 2025 22:00
DÜNYA
ads
Advertisement

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın bir müddət əvvəl öldürülən lideri Yəhya Sinvarın istifadə etdiyi gizli bunkerdə 7 oktyabr 2023-cü il tarixində başlayan hücum planını əks etdirən sənəd aşkarlayıb.

Qutb.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Məlumata görə, bunkerdə tapılan kompüterdə 6 səhifəlik ərəb dilində yazılmış əlyazma sənəd olub. Sənəd 2022-ci ilin avqustunda tərtib edilib və Sinvarın şəxsi yazısı olduğu bildirilir.

İsrail rəsmiləri bildiriblər ki, sənəd, əslində, döyüşçülər üçün “təlimat kitabçası” rolunu oynayıb. Orada həm hərbçilərə, həm də dinc əhaliyə hücum etməklə bağlı göstərişlər, eləcə də zorakılıq aktlarının yayımlanması barədə tapşırıqlar yer alıb. Məqsəd İsrail ictimaiyyətində qorxu və xaos yaratmaq olub.

Tapılan digər fayllarda HƏMAS komandirlərinin birbaşa əmrləri də yer alır. Onlardan birində döyüşçülərə evləri yandırmaq əmri verilib.

İsrail rəsmilərinin sözlərinə görə, bu materiallar Sinvarın əvvəldən dinc sakinlərə qarşı zorakılığı planlaşdırdığını sübut edir. Bu isə HƏMAS rəhbərliyinin ictimai bəyanatları ilə ziddiyyət təşkil edir.

Sənəddə dinc sakinlərin oğurlanması və ya qətlə yetirilməsi barədə açıq ifadələr olmasa da, döyüşçülərə yaşayış məhəllələrinə daxil olaraq “benzin və ya dizellə evləri yandırmaq” əmri verilir.

İsrail polisinin qrafoloji eksperti əlyazmanın orijinallığını təsdiqləyib. HƏMAS-ın Qətər nümayəndəsi isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur