FİFA İsrail milli komandalarının və klublarının beynəlxalq turnirlərdə iştirakını qadağan edə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
FİFA Şurasının növbədənkənar iclası iyulun 20-nə təyin edilib. Hüquqşünas Maks du Plessisin hesabatına görə, İsrail hakimiyyətinin Fələstindəki hərəkətləri qurumun əsas məqsəd və ideyalarını sarsıdır.
Bundan əlavə, hesabatda İsrailin insan hüquqlarını pozduğu, ölkə hökumətinin milli mənsubiyyətinə görə ayrıseçkilik etdiyi, bunun humanitar məqsədlərə və FİFA-nın mövqeyinə zidd olduğu bildirilir.
Xatırladaq ki, may ayında Fələstin Futbol Assosiasiyasının rəhbəri Cibril Racup FİFA-dan İsrail Futbol Federasiyasının təşkilata üzvlüyünü dayandırmağı tələb etmişdi.
Heybət