İranın Gilan əyalətində xəstəxanada yanğın baş verib.
Publika.az xəbər verir ki, “Gaem” adlı özəl xəstəxanada baş verən hadisə nəticəsində 9 nəfər ölüb, 15 nəfər yaralanıb.
Bildirilir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və yardım qrupu göndərilib, uzun səylərdən sonra yanğın söndürülüb.
Gilan Tibb Elmləri Universitetinin prezidenti Məhəmməd Tağı Aşubi yanğınla bağlı aşıqlama verib. O bildirib ki, yaxın xətəxanalara köçürülən 118 xəstənin müalicəsi davam edir: "Yanğın zamanı 250 yerlik xəstəxanada 142 xəstə, reanimasiya şöbəsində isə 33 xəstə müalicə olunurdu. Təəssüf ki, yanğın nəticəsində 9 xəstə həyatını itirib, 15 nəfər xəsarət alıb".
Səbəbi hələ məlum olmayan hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Roza Şəfiyeva