06.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Saymon Keys istefa verdi - Nevroloji xəstəlik diaqnozu qoyulub

01 okt 2024 00:00
DÜNYA
ads

Böyük Britaniyanın yüksəkvəzifəli dövlət qulluqçusu Saymon Keys istefa verdiyini və ilin sonunda postunu tərk edəcəyini açıqlayıb.

QÜTB.AZ xəbər verir ki, Böyük Britaniyanın Nazirlər Kabinetinin katibi Saymon Keys istefa qərarını keçən il ona qoyulan nevroloji xəstəlik diaqnozuna əsaslanaraq verib.

Maraqlıdır ki, bu qərar Nazirlər Kabinetində baş verən qalmaqallı hadisələrdən bir neçə gün sonra verilib.

“The Independent” qəzetinin məlumatına görə, bir neçə nazir Baş nazir Kir Starmerdən Saymon Keysin dərhal vəzifəsindən uzaqlaşdırılmasını tələb edib. Bəzi nazirlər onu hökumət daxilində “zəhərli mühit” yaratmaqda ittiham edib. İddialar arasında Lord Vahid Allidən gələn ianələr barədə məlumat sızmalarını dayandıra bilməməsi və Kir Starmerin baş müşaviri Syu Qreyə qarşı mənfi məlumatların yayılması ilə bağlı ittihamlar da yer alıb.

Bununla belə, istefa məktubunda Saymon Keys bu ittihamların qərarı ilə əlaqəsi olmadığını vurğulayıb və istefasının sırf sağlamlıq problemləri ilə bağlı olduğunu açıqlayıb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur