08.04.25 | Bakı 16.03° C |
06:49:11
Lent :

FHN-in basketbol komandası çempion oldu

28 apr 2024 17:00
İDMAN
ads
Advertisement

27-28 aprel tarixlərində Gənclər və İdman Nazirliyinin açıq hava idman bazasında Gənclər və İdman Nazirliyi, Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında 3x3 basketbol növü üzrə Respublika birincilyi keçirilib.

Publika.az xəbər verir ki, yarışda 15 dövlət qurumunun komandası mübarizə apararaq öz qüvvələrini sınayıb.

Çempionatda ikinci dəfə iştirak edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət basketbol komandası gərgin mübarizə şəraitində keçən yarışları qalib olaraq başa vurub.

Belə ki, 5 oyun keçirən FHN-in komandası yarışın yarımfinal mərhələsində Azərbaycan Hava Yolları komandasını 9:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Final görüşündə isə Dövlət Gömrük Komitəsinin komandası ilə qarşılaşan komandamız rəqibə 12:9 hesabı ilə qalib gələrək çempion adını qazanıb.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur