İsveçrə polisi Alp dağlarında itkin düşən 5 xizəkçinin cəsədinin tapıldığını açıqlayıb.
Publika.az xəbər verir ki, xizəkçi qrup 3 706 metr yüksəklikdəki “Tete Blanche” dağının yaxınlığında itdikdən sonra böyük axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Qrup İsveçrə-İtaliya sərhədindəki Arolla istiqamətində xizək turu üçün yola düşüb. İsveçrənin "Valais kanton" polisindən verilən açıqlamada altı xizəkçidən beşinin tapıldığı bildirilib. Digər bir nəfərin axtarışları davam edir.
Qeyd edək ki, Alp dağlarında bir neçə gündür güclü küləklər və qar yağışı müşahidə olunur. “Saas-Fee” qış kurortuna gedən yol da hazırda qara görə bağlanıb.
Roza Şəfiyeva