Keçən il Kapadokiyadakı muzeyləri 4 milyon 826 min 662 yerli və xarici turistin ziyarət etməsi nəticədində ötən illərin rekordu qırılıb.
Publika.az xəbər verir ki, Nevşehir Valisi Əli Fidan 2023-cü ilin regional turizm üçün uğurlu olduğunu və 2024-cü ildə turistlərin marağının artmağa davam edəcəyinə inandığını bildirib.
O, Kapadokiya əyalətinin hər il milyonlarla yerli və xarici qonağı qəbul etdiyini, bu baxımdan şəhərin ölkənin tanıdılmasına və iqtisadiyyatına mühüm töhfə verdiyini vurğulayıb.
Qeyd edək ki, Kapadokiyada muzeyləri ziyarət edən turistlərin sayı 2014-cü ildə 2 milyon 851 min 543 idisə, 2022-ci ildə bu say 4 milyon 192 min 70-ə çatıb.
Roza Şəfi