Ötən mövsüm fiaskoya uğrayan "Neftçi"də gözlənilən ayrılıq reallaşıb.
Publika.az Aut.az-a istinadən xəbər verir ki, “ağ-qaralar”ın icraçı direktoru Fərrux Mahmudov klubdan qovulub. Paytaxt təmsilçisinin Müşahidə Şurası ötən il bu vəzifəyə təyin edilən funksionerin fəaliyyətindən və idarəçiliyindən narazı qalıb.
Onun zəif idarəediciliyi, vəzifə öhdəliklərini yerinə yetirə bilməməsi və bacarıqlı kadrları klubdan uzaqlaşdırmaq siyasəti uğursuzluğun əsas səbəblərindən biri hesab olunub.
Onu əvəzləyəcək kadrın axtarışlarına başlanılıb.
Qeyd edək ki, Fərrux Mahmudov işsiz qalmayacaq. O, əvvəlki iş yerinə - Azərbaycan Basketbol Federasiyasına qayıdacaq.