Mövsümün sonunda "Real"a transfer olunacağı gözlənilən Kilian Mbappe maraqlı addım atıb.
Publika.az xəbər verir ki, o, qol sevinci və soyadının müəllif hüquqlarına sahib olmaq üçün hərəkətə keçib. Fransalı ulduz istədiyini əldə edərsə, simvolik qol qeyd etmək forması və soyadından istifadə etmək istəyən hər hansı bir marka ona pul ödəyəcək.
Fərqləndikdən sonra qollarını çarpazlaşdıraraq dizləri üstə sürüşən futbolçu bu hərəkəti qardaşı Etandan ilhamlanaraq etdiyinu bildirir. Öz tərcümeyi-halında bu məsələyə aydınlıq gətirib:
“Etan qol vurdu və qollarını çarpaz şəkildə tutaraq bunu qeyd etdi. Beş dəqiqə sonra dedi ki, Kilian, sən də bunu edə bilərsən. Bundan sonra mən də qollarımı eyni şəkildə qeyd etdim”.
Kilian Mbappe qol sevinci və soyadının sahiblik hüquqlarını əldə etmək istəyən ilk futbolçu deyil. "Real"ın vingeri Vinisius Junior, superulduzlar - Kriştiano Ronaldo və Lionel Messi buna nail olublar.
Heybət