ABŞ-ın Kaliforniya ştatında yaşayan 32 yaşlı qadın çətin akroyoqa hərəkətindən sonra iflic olub.
QÜTB.AZ xəbər verir ki, Abbi Veiss adlı bu qadın idmana olan həvəsi və akroyoqanı sevməsi ilə tanınıb. Lakin iyun ayında etdiyi çətin məşq nəticəsində yıxılaraq onurğa beynini zədələyib.
Bu faciəli hadisədən sonra onun ailəsi və cəmiyyət Abbi üçün xeyriyyə kampaniyasına başlayıb. Nəticədə indiyədək 155 min dollardan çox ianə toplanıb.
Qadının ailəsi onun hərəkət qabiliyyətini bərpa edəcəyinə ümid etsə də, həkimlər heç bir zəmanət olmadığını deyirlər.
Roza