Türkiyəli məşhur aktyor Kərəm Alışık özünə yeni avtomobil alıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor yeni "Porsche Taycan" markalı maşını ilə İstanbul küçələrində görüntülənib.
Aktyorun ekoloji cəhətdən təmiz elektrik avtomobilinə üstünlük verməsi təqdir edilib.
Avtomobilin qiymətinin isə 10 milyon lirə (təxminən 531 min manat) olduğu bildirilib.