12.10.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Sərnişinləri təhlükəyə atan sürücü cəzalandırılacaq - VİDEO

12 okt 2025 04:00
HADİSƏ
ads
Advertisement

Səhər saatlarında Ziya Bünyadov prospektində avtobus sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişinlərin həyatını təhlükəyə atıb.

 

Qutb.az xəbər verir ki, Koroğlu Mübadilə Mərkəzindən çıxan avtobus dairədən dönmək əvəzinə, birbaşa rezin dirəklərin üzərindən keçərək prospektə daxil olub və hərəkət istiqamətini dəyişmədən düz xətti pozaraq körpü üzərinə çıxıb.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) bildirilib ki, videogörüntü ilə bağlı araşdırma aparılır, sürücünün şəxsiyyəti müəyyən ediləcək və barəsində qanunamüvafiq tədbirlər görüləcək.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə məlumat verib ki, qayda pozan sürücünün işlədiyi daşıyıcı müəssisə müəyyən ediləcək və ona qarşı ölçü götürülməsi ilə bağlı göstəriş veriləcək.

Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında:

 

 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur