“Fənərbağça”nın futbolçusu Rade Kruniç karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
QÜTB.AZ xəbər verir ki, bosniyalı futbolçu “Əl-Vahda” ilə anlaşıb. By barədə “Sky Sport” məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçinin transferi yaxın günlərdə rəsmiləşəcək.
Qeyd edək ki, Kruniç bu mövsüm “Fənərbaxça”da 4 görüşdə meydana çıxıb.