29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Dünyanın ən böyük elektrik təyyarəsi bu tarixdə istifadəyə veriləcək

07 dek 2024 18:00
GÜNDƏM
ads
Advertisement

Avtomobillərdən sonra təyyarələri də elektrikləşdirmə prosesi başlayıb. İsveçdə yerləşən “Heart Aerospace” şirkəti gələn ilin əvvəlində dünyanın ən böyük tam elektrik sərnişin təyyarəsini istifadəyə verəcək.

QÜTB.AZ xəbər verir ki, “Heart X1” adlı təyyarə 2025-ci ilin əvvəlində Nyu-Yorkun şimalındakı “Plattsburq” Beynəlxalq Hava Limanından havaya qalxacaq.

Bu, aviasiya dünyasında ekoloji cəhətdən təmiz gələcəyə doğru atılan mühüm addımdır.
Şirkət tərəfindən hazırlanan təyyarə gələcəkdə kommersiya uçuşları üçün istifadə ediləcək 30 sərnişinlik “ES-30” modelinə bənzər ölçülərə malikdir.

Təyyarənin qanadlarının uzunluğu 32 metrdir və qısa məsafədən uçuş və eniş üçün xüsusi olaraq optimallaşdırılmış elektrik mühərrikləri ilə təchiz edilib.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur