Nevada Ştat Atletika Komissiyası (NSAC) erməni əsilli Rusiya MMA döyüşçüsü Arman Tsarukyanı UFC 300 turniri zamanı azarkeşə hücum etdiyinə görə ağır cəzalandıra bilər.
Publika.az xəbər verir ki, bu barədə idmançının meneceri Sayat Abdrahmanov məlumat verib. “Cərimə və diskvalifikasiya ola bilər. Orada qərar qəbul edəcəklər”, – deyə Abdrahmanov bildirib.
Nevada Ştat Atletika Komissiyasının Armanın işinə aprelin 30-da baxması planlaşdırılır.
Xatırladaq ki, oktaqona daxil olarkən azarkeşlərdən biri Tsarukyana orta barmağını göstərib. Bundan sonra döyüşçü qayda pozuntusu bahasına belə olsa həmin şəxsi vurmaq qərarına gəlib.