Fevralın 8-də Beynəlxalq Futbol Şurası (IFAB) futbolda mavi kartların istifadəyə verilməsi haqda qərar çıxarıb.
Mavi kart rəqibin hücumunu qəsdən pozmaq və hakimlə razılaşmamaöa görə veriləcək. Mavi vərəqə alan oyunçu 10 dəqiqə meydandan kənarlaşdırılacaq.
Publika.az xəbər verir ki, “Real”ın sabiq futbolçusu Məsut Özil “mavi vərəqə”nin tətbiqi ilə bağlı yayılan söz-söhbətlər fonunda “Twitter” səhifəsində “Atletiko Madrid”ə “ilişib”.
“Deməli, “Atletiko Madrid” yalnız altı oyunçu ilə oynayacaq? ”, – Məsut yazıb.
Özil “Real Madrid”də 4 mövsüm (2010-2014) oynayıb, 105 oyun keçirib və 19 qol vurub.