11.03.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Netanyahudan HƏMAS-a Rəfah MESAJI: "İstənilən halda baş verəcək"

26 fev 2024 00:00
GÜNDƏM
ads
Advertisement

Qəzza zolağındakı Rəfah ərazisində əməliyyat HƏMAS qruplaşması ilə girovlar üzrə razılaşma şərti ilə bir müddət təxirə salına bilər, lakin hücum istənilən halda baş tutacaq.

Publika.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Amerikanın CBS telekanalında deyib: “Əgər razılaşsaq, əməliyyat hansısa formada təxirə salına bilər, lakin bu, istənilən halda baş verəcək".

O qeyd edib ki, İsrail Rəfahda hərbi əməliyyatlara başladıqdan bir neçə həftə sonra tam qələbə əldə edəcək.

Onun sözlərinə görə, HƏMAS-ın qalan altı batalyonundan dördü Rəfahda cəmləşib.

Netanyahu, həmçinin tərəflərin hazırda girovları azad olunması ilə bağlı müqavilə üzərində işlədiyini təsdiqləyib, lakin təfərrüatları açıqlamayıb.

Bundan əvvəl Misir, Qətər, ABŞ, İsrail və HƏMAS nümayəndələrinin Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı Dohada təmasları bərpa etdiyi bildirilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur