Təmizlik işçisi Antalya Hava Limanında tualetə girərkən şokedici mənzərə ilə qarşılaşıb. Tualetdə yeni doğulmuş körpə görən işçi dərhal polisə müraciət edib.
QÜTB.AZ xəbər verir ki, polis tərəfindən aparılan araşdırmada körpənin tapılmadan 12 dəqiqə əvvəl Rusiya vətəndaşı E.B. tərəfindən tərk edildiyi müəyyən edilib.
Hadisədən sonra körpəni tərk edən E.B.-nin Rusiya vətəndaşı olan dostu ilə tez bir zamanda pasport kassalarına gedərək ölkədən çıxış prosedurlarını tamamladığı müəyyən edilib.
Moskvaya getməyə hazırlaşan E.B. ilə birlikdə olan digər Rusiya vətəndaşı da polis tərəfindən yaxalanaraq saxlanılıb.
Yeni doğulan körpəyə sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya göndərilib.
Aysel