“Jirona”nın baş məşqçisi Mişel Anxel “Nyukasl”a rəhbərlik edə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “sağsağanlar”ın rəhbərliyi hazırkı çalışdırıcı Eddi Hau vəzifəsindən azad edib, 48 yaşlı ispan mütəxəsissi bu posta təyin etmək variantını ciddi şəkildə nəzərdən keçirirlər.
Mişel iki ildir “Jirona”ya rəhbərlik edir. Bu mövsüm komanda İspaniya La Liqasının turnir cədvəlində yalnız ”Real”dan geri qalaraq ikinci yerdədir.
“Nyukasl” da öz növbəsində hazırda İngiltərə çempionatının turnir cədvəlində cəmi doqquzuncu sıradadır. Eddi Haunun yetirmələri 20 matçdan 29 xal toplayıb və dördüncü yerdən 11 xal geri qalırlar. Bundan əlavə, komanda Çempionlar Liqasının qrupunda sonuncu olaraq avrokuboklarda çıxışını başa vurub.
Heybət