"Çelsi"nin və Belçika millisinin hücumçusu Romelu Lukaku Səudiyyə Ərəbistanı Pro Liqasının hazırkı səviyyəsini yüksək qiymətləndirib.
Publika.az xəbər verir ki, o, artıq Avropa klublarının bunu hiss etdiyini bildirib:
“Səudiyyə Ərəbistanında səviyyə yalnız artacaq. Çoxlarının düşündüyündən qat-qat yüksək səviyyəyə nail olacaqlar. Getdikcə daha çox futbolçu orada oynamağa çalışacaq.
İnfrastruktur hələ də yaxşılaşdırılmalıdır. Artıq Avropanın aparıcı klubları Səudiyyə Ərəbistanının onlara yaxınlaşdığını başa düşürlər. Bu, boksda, qolfda, "Formula 1"-də artıq görünür”.
Heybət