Rusiya layihəsi "885M Yasen-M" sualtı qayıqları gözlənilmədən Amerika sualtı qayıqlarına yaxın məsafədən hücum edə bilər.
QÜTB.AZ xəbər verir ki, bu barədə Amerikanın “National Interest” nəşri yazır.
Qeyd olunur ki, belə sualtı qayıqlar düşmən sualtı qayıqlarına qarşı döyüş əməliyyatları aparmaq üçün nəzərdə tutulub və ultra sakit texnikası sayəsində onlara səssizcə yaxınlaşa, sonra isə 533 mm-lik torpedalardan istifadə etməklə qəfil zərbə endirə bilir. Eynilə, onlar yerüstü gəmilərə hücum edə bilirlər.
Bundan əlavə, nəşrin vurğuladığı kimi, Rusiya sualtı qayıqları güclü raket silahları, o cümlədən “Kalibr” və “Oniks” qanadlı raketləri ilə təchiz olunub və “Zirkon” hipersəs kompleksini də daşıya bilir. Qeyd olunur ki, ABŞ-da hipersəs silahlarından effektiv müdafiə vasitələri yoxdur.
Adəm