28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Trampın dəhşətli müharibə xəbərdarlığı reallaşır: ABŞ-da savaş başlayacaq

04 iyl 2024 06:00
GÜNDƏM
ads

Hətta Meksika ilə sərhədin bağlanması belə ABŞ-ı daxili müharibədən xilas etməyəcək.

Publika.az xəbər verir ki, bu fikirləri Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor “Deep Dive” Yutub kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Meksika ilə sərhəd açıq olsa və ya bağlansa belə, ABŞ-ın öz daxili müharibəsi olacaq.

“Hazırda hamı sərhəddəki vəziyyətə (ABŞ-Meksika - red.) məhəl qoymur. Mayorkas sərhədi açdı, lakin Hizbullahın Meksikada böyük bir aktiv hüceyrəsi var. İndi də bütün ştatlarda Hizbullah agentləri var. Onlar tək belə deyillər - İŞİD üzvləri də çoxdur”, - polkovnik qeyd edib.

Bununla belə, Makqreqor əlavə edib ki, sərhədlərin bağlanması ABŞ-ı daxili müharibədən xilas etməyəcək. Çünki bu halda hakimiyyət Meksika narkotik kartelləri ilə mübarizə aparmalı olacaq, onlar ticarət axınlarına müdaxiləni heç kimə bağışlamayacaqlar.

Zabit vurğulayıb ki, prezidentliyə namizəd Donald Trampın potensial Üçüncü Dünya müharibəsindən danışmasının səbəbi də budur.

Daha əvvəl bildirilmişdi ki, ABŞ prezidenti Co Baydenin administrasiyası yüz minlərlə qeyri-qanuni miqrantlara hüquqi statusun verilməsini elan etməyi planlaşdırır. Həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Tramp qarşıdan gələn seçkilərdə qalib gələrsə, cənub sərhədini bağlayacağını bildirib.

Akqabay


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur