Əfqanıstanda radardan itən "Falcon 10" model təyyarə tapılıb.
Publika.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, təyyarə yerli yerüstü axtarış-xilasetmə xidməti tərəfindən tapılıb. İlkin məlumatlara görə, altı nəfərdən dördü sağdır. Daha iki nəfərin taleyi müəyyənləşdirilir.
Təyyarə Qaya ( Hindistan ) - Daşkənd ( Özbəkistan ) - Jukovski ( Rusiya ) marşrutu üzrə çarter təcili yardım reysi həyata keçiririb. Moskva vaxtı ilə təxminən 19.30-da təyyarə radarlardan itib. Onun qəzaya uğradığı bildirilib.
Təyyarədə rusların olduğu məlum olub. Rusiya Federasiyasının İstintaq Komitəsi (İCR) faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (“Yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarını pozma”) ilə cinayət işi açıb.